Bakı. Trend:
2025-ci ildə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 3,06 milyard ABŞ dolları dəyərində 7,08 milyon ton həcmində beynəlxalq yük daşınıb.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 270 milyon ABŞ dolları və ya 8,1%, həcm baxımından isə 645 min ton və ya 8,4% az olub.
Belə ki, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə Azərbaycandan 895,9 milyon ABŞ dolları dəyərində 2,71 milyon ton yük ixrac edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 54,9 milyon ABŞ dolları və ya 6,5% çox, həcm baxımından isə 67 min ton və ya 2,4% azdır.
2025-ci ildə Azərbaycana dəmir yolu nəqliyyatı ilə 4,37 milyon ton yük idxal edilib və onların dəyəri 2,164 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 325 milyon ABŞ dolları və ya 13,1%, həcm baxımından isə 578 min ton və ya 11,7% az olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda ümumilikdə yük nəqliyyat vasitələri ilə 58,338 milyon ton yük daşınıb və onların dəyəri 49,423 milyard ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 1,811 milyard ABŞ dolları və ya 3,8% çox, həcm baxımından isə 1,369 milyon ton və ya 2,3% azdır.
Hesabat dövründə Azərbaycandan nəqliyyat vasitələri ilə ümumilikdə 25,043 milyard ABŞ dolları dəyərində 47,595 milyon ton yük ixrac olunub. Bu, dəyər baxımından əvvəlki illə müqayisədə 42 milyon ABŞ dolları və ya 0,9% az, həcm baxımından isə 1,511 milyon ton və ya 5,7% azdır.
Hesabat dövründə Azərbaycandan nəqliyyat vasitələri ilə ümumilikdə 25,043 milyard ABŞ dolları dəyərində 47,595 milyon ton yük ixrac olunub. Bu, dəyər baxımından əvvəlki illə müqayisədə 42 milyon ABŞ dolları və ya 0,9% az, həcm baxımından isə 1,511 milyon ton və ya 5,7% azdır.
