...

Ötən il uşaq əməyinin istismarının qarşısını almaq üçün hansı tədbirlər görülüb? - AÇIQLAMA

Cəmiyyət Materials 22 Yanvar 2026 12:11 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ötən il dövlət orqanlarından daxil olmuş materialların araşdırılması zamanı 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi, 1 halda isə uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yaradan işlərə cəlb edilməsi faktı aşkarlanıb.

Trend xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında çıxış edərkən deyib.

V.Quliyev bildirib ki, bu pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında işəgötürənlərə ümumilikdə 9 300 AZN məbləğində inzibati cərimə tətbiq edilib:

“Eyni zamanda ƏMAS-da uşaq əməyinə nəzarət üzrə funksionallıqlar yaradılıb. Bununla yanaşı, uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələri hazırlanaraq Nazirliyə təqdim edilib. Həmçinin ƏMAS-da yaradılmış funksionallıq sayəsində 15 yaşdan aşağı olan şəxslərlə əmək müqaviləsinin bağlanmasına dair bildirişin qeydiyyata alınmasına imkan verilmir”.

Qurum rəsmisi bildirib ki, sistemdə yeni yaradılmış funksionallıqlara əsasən, 16 yaşdan az olan işçilərə əmək məzuniyyətinin 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az təyin olunmasına qadağa müəyyən edilib:

“15-18 yaşınadək olan şəxslər üzrə həftəlik iş vaxtının yuxarı həddi ilə bağlı məhdudiyyət tətbiq edilmişdir (16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamaqla), 15-18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığının ƏMAS-a əlavə edilməsi təmin edilib. Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı üzrə uşaq əməyindən istifadənin qarşısının alınması məqsədilə ƏMAS-da funksionallıq yaradılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti