...

Yeni modul vasitəsilə 1500 layihənin icrası monitorinq və qiymətləndirməyə cəlb edildi

İqtisadiyyat Materials 22 Yanvar 2026 11:19 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) dövlət proqramlarının icrasının daha sistemli izlənilməsi məqsədilə “Layihə idarəetməsi” modulu yaradıb. Modul vasitəsilə təxminən 1500 layihənin icrası monitorinq və qiymətləndirmə prosesinə cəlb edilib.

Trend xəbər verir ki, bunu mərkəzin icraçı direktoru Vüsal Qasımlı 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, risklərin vaxtında müəyyənləşdirilməsinə və qərarvermənin keyfiyyətinin yüksəldilməsinə imkan verir.

"Dövlət proqram idaəetməsində tətbiq etdiyi yeniliklərlə İİTKM Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Asiya regionunda fəaliyyət göstərən nüfuzlu media qurumları və beyin mərkəzləri tərəfindən 10-dan artıq beynəlxalq mükafata layiq görülüb", - V. Qasımlı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti