...

Yaponiyada Atom Elektrik Stansiyasının reaktoru işə salınmasından bir gün sonra dayandırıldı

Dünya xəbərləri Materials 22 Yanvar 2026 13:11 (UTC +04:00)
Yaponiyada Atom Elektrik Stansiyasının reaktoru işə salınmasından bir gün sonra dayandırıldı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya energetika şirkəti “Tokyo Electric Power” (TEPCO) dünyadakı ən böyük atom elektrik stansiyası sayılan “Kasiwadzaki-Kariwa”nın altıncı enerji blokunu dayandırmaq qərarına gəlib. Bu blokun yenidən işə salınması 21 yanvar tarixində baş tutmuşdu.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

TEPCO altıncı enerji blokundan nəzarət çubuqlarının çıxarılması işlərini elektron cihazlardakı nasazlıq səbəbindən dayandırmağa məcbur olub. Əvvəlcə stansiyanı idarə edən şirkət nasazlığın aradan qaldırılması müddətində bu işi dayandırmağı planlaşdırırdı, lakin nəticədə enerji blokunun tamamilə dayandırılması qərarı qəbul edildi.

Yaponiya Atom Enerjisi İdarəsi isə vurğulayıb ki, baş verənlər stansiyanın özünə hər hansı bir təhlükə yaratmır.

Radioaktiv material sızması qeydə alınmayıb, həmçinin stansiyada və ətrafında radiasiya səviyyəsində dəyişikliklər müşahidə edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti