...

Yaponiya dünyanın ən böyük atom elektrik stansiyasının enerji blokunu yenidən işə salıb

Dünya xəbərləri Materials 21 Yanvar 2026 15:10 (UTC +04:00)
Yaponiya dünyanın ən böyük atom elektrik stansiyasının enerji blokunu yenidən işə salıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiya dünyanın ən böyük atom elektrik stansiyası olan “Kasiwazaki-Kariva” AES-in enerji bloklarından biri yenidən istismara verib.

Trend xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziya kanalı məlumat yayıb.

Stansiyanın operatoru “Tokyo Electric Power” (TEPCO) korporasiyasıdır. Altıncı enerji blokunun isə fevralın 26-dan etibarən kommersiya istismarına veriləcəyi gözlənilir.

2012-ci ildən fəaliyyət göstərməyən enerji blokunun yenidən işə salınması yanvarın 20-nə planlaşdırılmışdı, lakin aşkarlanmış nasazlıqlara görə tarix təxirə salınıb.

“Kasiwazaki-Kariva” AES-in fəaliyyəti 2011-ci ildə “Fukuşima-1” atom elektrik stansiyasında baş vermiş qəzadan sonra tamamilə dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti