...

Azərbaycanda daimi yaşama icazəsi istəyən şəxslərin sayı açıqlandı - SİYAHI

Cəmiyyət Materials 22 Yanvar 2026 10:14 (UTC +04:00)
Azərbaycanda daimi yaşama icazəsi istəyən şəxslərin sayı açıqlandı - SİYAHI
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci il ərzində 71672 zəng cavablandırılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Qəbul edilən zənglərin 21598-i müvəqqəti yaşama icazəsi, 1497-i müvəqqəti olma müddətinin uzadılması, 4984-ü vətəndaşlıq məsələləri, 7816-sı olduğu yer üzrə qeydiyyat, 4424-ü daimi yaşama icazəsi, 8776-sı iş icazəsi, 2943-ü inzibati xəta, 19634-ü isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti