...

Azərbaycanda dərsliklərin rəqəmsallaşdırılması təklif edilir

Cəmiyyət Materials 22 Yanvar 2026 09:35 (UTC +04:00)
Azərbaycanda dərsliklərin rəqəmsallaşdırılması təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dərsliklərdə problem var. Biz dərsliklərin rəqəmsallaşdırılması üzərində işləməliyik.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bugünkü iclasında deyib.

Millət vəkilinin sözlərinə görə, vəsait baxımından dərsliklərdə səhvlər varsa, onların üzərində işlənilməsi və digər məsələləri elektron qaydada etmək daha asandır.

“Yəqin ki, Elm və Təhsil Nazirliyi bunun üzərində işləyir. Rəqəmsallaşdırıldığı təqdirdə, bu prosesdə dəyişiklikləri etmək və daha sürətli formada şagirdlərə təqdim etmək imkanı daha çoxdur”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti