Bakı. Trend:
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) nəzdində fəaliyyət göstərən Koreya Elm Akademiyası (KSA) təqaüd proqramı elan edib.
Trend xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata əsasən, təqaüd proqramı 2026–2027-ci tədris ili üçün bakalavriat səviyyəsində oxuyan tələbələr üçün nəzərdə tutulub.
Bildirilib ki, proqrama müraciət üçün son tarix 2 fevral 2026-cı ildir.
Proqram barədə ətraflı məlumatla elan vasitəsilə tanış olmaq olar: https://htp.edu.az/.../4c2cfdcb20ce491f94ee063369cd0b45.pdf
