...

Ukrayna ilə bağlı danışıqlarda böyük irəliləyiş əldə olunub - Trampın xüsusi elçisi

Dünya xəbərləri Materials 22 Yanvar 2026 12:02 (UTC +04:00)
Ukrayna ilə bağlı danışıqlarda böyük irəliləyiş əldə olunub - Trampın xüsusi elçisi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlarda böyük irəliləyiş əldə olunub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Rusiya səfəri ərəfəsində bildirib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar artıq yekun mərhələdədir. Uitkoff Ukrayna münaqişəsinin nizamlanmasına nikbinliklə baxdığını qeyd edib.

“Düşünürəm ki, biz ciddi irəliləyiş əldə etmişik. Hesab edirəm ki, prosesin əvvəlində müəyyən qarışıqlıq var idi, mən kifayət qədər tez-tez Moskvaya səfər edirdim, lakin düşünürəm ki, bu səfərlər vacib idi, çünki hazırda biz yekun mərhələdəyik”, – deyə o, Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.

Qeyd edək ki, bu gün Uitkoffun ABŞ liderinin kürəkəni Cared Kuşnerlə birlikdə Rusiyaya səfər edəcəyi və Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Stiv Uitkoff və Cared Kuşner son aylarda ABŞ administrasiyasının Ukrayna münaqişəsinin siyasi-diplomatik yolla nizamlanması istiqamətində apardığı təmaslarda fəal iştirak edirlər. Onlar müxtəlif tərəflərlə danışıqlar üçün kanallarının açıq saxlanmasına və mümkün kompromis variantlarının müzakirəsinə yönəlmiş təşəbbüslərdə iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti