...

Ötən il “Azexport.az” vasitəsilə 3200 ixrac sifarişi qeydə alınıb - İcraçı direktor

İqtisadiyyat Materials 22 Yanvar 2026 11:15 (UTC +04:00)
Ötən il “Azexport.az” vasitəsilə 3200 ixrac sifarişi qeydə alınıb - İcraçı direktor
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” platforması üzərindən ixrac sifarişlərinin sayı 3200-ə çatıb, 763 sahibkara sərbəst satış sertifikatı təqdim olunub.

Trend xəbər verir ki, bunu mərkəzin icraçı direktoru Vüsal Qasımlı 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "Enterprise Azerbaijan" portalında 141 startap və 15 ölkə üzrə iştirak qeydə alınıb:

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə isə 3451 sahibkar müraciəti daxil olub.

Mərkəzin elmi-analitik fəaliyyəti çərçivəsində 12 "İxrac icmalı", yeddi "İslahat icmalı", 106 videoicmal, 44 həftəlik icmal, səkkiz dildə "Türk iqtisadi icmalı"nın dörd sayı, "İqtisadi islahatlar" jurnalının iki buraxılışı, yeddi kitab nəşr olunub, eləcə də "Scopus" və "Web of Science" bazalarında indekslənmiş 17 elmi məqalə dərc edilib.

İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC İnstitutu ilə əməkdaşlığı nəticəsində "Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi" (The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects) adlı kitab Rumıniyada, "İslam ölkələrinin iqtisadi potensialı" (The Economic Potential of Islamic Countries) adlı iki cildlik tədqiqat əsəri isə Böyük Britaniyanın nüfuzlu "Emerald" nəşriyyatı tərəfindən çap edilib.

Bunlarla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə birgə "Halal iqtisadiyyat", Bakı Dövlət Universiteti (BDU) ilə birgə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində "İctimaiyyətlə əlaqələrin əsasları", Azərbaycan Mərkəzi Bankı, Prezident yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Sığortaçılar Assosiasiyası" ilə birgə "InsurTech" adlı dərs vəsaitləri nəşr olunub".

"İnsan resurslarının inkişafı məqsədilə Mərkəzin əməkdaşlarının 40-dan çox beynəlxalq təlimdə iştirakı təmin olunub, 570 könüllü proqramlara cəlb edilib. Beynəlxalq əməkdaşlıq çərçivəsində 56 beynəlxalq tədbir və təqdimat həyata keçirilib", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti