Bakı.Trend:
Milli standartlaşdırma üzrə Dövlət Proqramına uyğun olaraq “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında” milli texniki reqlament layihəsi hazırlanıb və 478 istinad standartı müəyyən edilib.
Trend xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında çıxış edərkən deyib.
Qurum rəsmisi qeyd edib ki, AZSTAND/TK21 Texniki Komitəsi çərçivəsində 110 yeni dövlət standartıqəbul olunub və bununla da 2024-2025-ci illər ərzində əməyin təhlükəsizliyi sahəsində təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə çatdırılıb.
“Hazırda bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir. Onu da diqqətinizə çatdırım ki, Azərbaycanda əməyin sağlamlığı və təhlükəsizliyi sahəsində ilk qəbul edilmiş dövlət standartı AZS ISO 45001 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. Tələblər və tətbiq üzrə izahlar” dövlət standartıdır”, - deyə Vəli Quliyev əlavə edib.
