Bakı. Trend:
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Dövlət proqram idarəetməsi üzrə vahid elektron hesabatlılıq portalı yaradılıb, 200-dən çox dövlət qurumunun məlumatları bu sistemə daxil edilib.
Trend xəbər verir ki, bunu mərkəzin icraçı direktoru Vüsal Qasımlı 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, mərkəz ötən il dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi üzrə 32 hesabat hazırlayıb, 100-dən çox tədbir icra edib:
"Hazırda İİTKM-in monitorinq və qiymətləndirməsini apardığı
strateji siyasət sənədlərinin sayı 24-dür.
Dövlət proqram idarəetməsi üzrə Mərkəz tərəfindən vahid elektron
hesabatlılıq portalı yaradılıb, 200-dən çox dövlət qurumunun
məlumatları bu sistemə daxil edilib, indikator əsaslı planlaşdırma
üzrə 260-dan artıq görüş keçirilib. Monitorinq mexanizmlərinin
rəqəmsallaşdırılması dövlət proqramlarının icrasına operativ
nəzarət imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib".
