Bakı.Trend:
Yasamal sakini fərdi yaşayış evində dəm qazından boğularaq ölüb.
Trend-in məlumatına görə, hadisə ötən gün saat 21 radələrində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Əhmədzadə Əhmədəli Sahib oğlu yaşadığı Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə küçəsində yerləşən evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
