Bakı. Trend:
İndoneziyanın mərkəzindəki Qorontalo şəhərindən (Sulavesi adası) 70 km cənub-qərbdə, Tomini körfəzi sularında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.
Filialın əməliyyat emalı məlumatlarına əsasən, zəlzələnin episentri Sulavesi adası sahillərindən təxminən 54 km məsafədə olub.
Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ "kifayət qədər güclü" kimi qiymətləndirilib.