...

“Netflix”in ötən il abunəçilərinin sayı 320 milyonu keçdi

Dünya xəbərləri Materials 21 Yanvar 2026 20:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Netflix” ötən il abunəçilərinin sayını 325 milyona çatdıraraq yeni rekord müəyyənləşdirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şirkətin 2025-ci il üçün açıqladığı hesabatında deyilir.

Hesabat dövründə şirkətin gəlirləri illik müqayisədə 17,6 faiz artaraq 12 milyard dolları ötüb. Həmçinin şirkətin xalis mənfəəti 2,42 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 29 faiz çoxdur.

“Netflix” hazırda “Discovery” kanalını 100 milyard dollara satın almağa çalışır. Onun bu məsələ ilə bağlı “Paramount” şirkəti ilə rəqabəti yaranıb.

Qeyd edək ki, “Paramount” şirkətinin arxasında ABŞ Prezidenti Donald Trampın tərəfdarı kimi tanınan texnologiya milyarderi Larri Ellison dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti