...

İstirahət günü işə cəlb edilən şəxslərə nə qədər pul ödənməlidir?

Cəmiyyət Materials 22 Yanvar 2026 12:10 (UTC +04:00)
İstirahət günü işə cəlb edilən şəxslərə nə qədər pul ödənməlidir?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İşəgötürən qanunvericiliyin icazə verdiyi hallarda (fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri və s.) işçini ay ərzində nəzərdə tutulan istirahət günlərində işə cəlb edərsə, əlavə ödəniş etməlidir.

Trend xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında çıxış edərkən deyib.

V.Quliyev bildirib ki, Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, işçinin istirahət, səsvermə, bayram və ümumxalq hüzn günlərində işə cəlb edilməsi halında əməkhaqqı artırılmış məbləğdə ödənilməlidir.

“Belə ki, vaxtamuzd əməkhaqqı sistemində – gündəlik tarif maaşının ən azı iki misli,İşəmuzd əməkhaqqı sistemində – ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla, aylıq maaş alan işçilərə isə:
o iş aylıq iş vaxtı norması daxilində görüldükdə – maaşdan əlavə gündəlik vəzifə maaşı qədər, o iş aylıq normadan artıq görüldükdə – maaşdan əlavə gündəlik vəzifə maaşının iki misli ödənilir”.

Xidmət rəisi vurğulayıb ki, həmçinin işçi öz istəyi ilə əlavə əməkhaqqı əvəzinə başqa istirahət günü (əvəzgün) ala bilər. Əlavə olaraq, işəgötürən işçini həmin günlərdə normadan artıq işlədirsə, bu, iş vaxtından artıq iş hesab olunur və Əmək Məcəlləsinin 165-ci maddəsinə uyğun olaraq hər saat üçün ikiqat məbləğdən az olmayaraq ödənilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti