Bakı. Trend:
Sosial media platformalarında buraxılış imtahanları ilə bağlı məlumat əks etdirən poster DİM-in əvvəlki illərə aid, köhnə posterlərindəndir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahan tarixləri məlum olanda Dövlət İmtahan Mərkəzi elan edir.
"DİM-in sosial şəbəkə hesablarında və saytında bununla bağlı
rəsmi məlumat paylaşılır", məlumatda vurğulanıb.
Qeyd edək ki, sosial mediada, qrup və səhifələrdə buraxılış
imtahanlarının tarixlərini əks etdirən DİM loqolu poster
yayılıb.
Sözügedən posteri təqdim edirik:
