Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşə başlayıb.
Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüş sual-cavab formatında keçirilir və əsas diqqət Rusiyanın daxili və xarici siyasətindəki aktual məsələlərə, eləcə də qlobal hadisələrə yönəlib.
Tədbirdə MDB, Asiya, Avropa, ABŞ və digər regionların media qurumlarının rəhbərləri iştirak edirlər. Görüş zamanı iştirakçılara Rusiya liderinə birbaşa sual vermək imkanı yaradılıb.