...

Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 19 İyun 2025 03:40 (UTC +04:00)
Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın şimalındakı Hokkaydo adasının şimal-şərqində Sakit okeanın dərinliklərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Zəlzələ Hokkaydonun geniş ərazilərində hiss olunub. Hadisə nəticəsində hər hansı tələfat və ya dağıntı qeydə alınmayıb, nəqliyyat isə adi rejimdə fəaliyyətini davam etdirir. Sunami təhlükəsi olmadığı bildirilib.

Xəbər lenti

Xəbər lenti