...

AFFA və UEFA-nın birgə təşkilatçılığı ilə “D” kateqoriyalı məşqçi kurslarına start verilib

İdman Materials 19 İyun 2025 05:55 (UTC +04:00)
AFFA və UEFA-nın birgə təşkilatçılığı ilə “D” kateqoriyalı məşqçi kurslarına start verilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kursları başlayıb.

Trend xəbər verir ki, kurs AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunub və 30 nəfər iştirakçı cəlb olunub. AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və aparıcı mütəxəssis Orxan Mikayıllı kurs iştirakçılarına kursun mahiyyəti barədə ümumi məlumat verərək onlara uğurlar arzulayıblar.

Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov iştirakçılara ilkin futbol bilikləri barədə geniş məlumat təqdim ediblər.

Qeyd edək ki, “D” kateqoriyalı məşqçi kursu 3 gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti