...

Bakıda TDT Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması haqqında Əsasnamə imzalanıb

Cəmiyyət Materials 19 İyun 2025 11:10 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb.

Trend xəbər verir ki, sənədə əsasən, dövlətlər arasında hüquqi həmrəyliyin gücləndirilməsi, məhkəmə-hüquq sistemlərinin yaxınlaşdırılması və ortaq gələcəyin möhkəmləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sənədi Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Cümhuriyyətinin Hakimlər və Prokurorlar Şurasının sədri Fuzuli Aydoğdu, Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəməsinin sədri Bertan Özerdağ imzalayıb.

Xəbər lenti

Xəbər lenti