...

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi açıqlanıb

İqtisadiyyat Materials 19 İyun 2025 13:03 (UTC +04:00)
Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4.7 milyard ABŞ dolları təşkil edib. Bunun 2.7 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2.0 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə, xidmətlər balansında yaranan kəsir 36.3% artaraq 0.7 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 375.3 milyon dollar olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 377.5 milyon dollar olub.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 26.7%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.2 milyard dollar olan nəqliyyat xidmətlərinin 63.1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 788.9 milyon dollar qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 460.6 milyon dollar təşkil edib.
Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 23.3%, idxalı isə 4.9% artıb. Nəticədə, nəqliyyat xidmətləri üzrə profisit 17.8% artaraq 328.3 milyon dollar olub.

Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin I rübündə 278.7 milyon dollar təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti