...

Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir

Mədəniyyət Materials 19 İyun 2025 20:02 (UTC +04:00)
Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı.Trend:

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən beynəlxalq muğam ifaçıları müsabiqəsi Azərbaycan Milli Konservatoriyasında davam edir.

Trend xəbər verir ki, çüsabiqədə iştirak edən daha bir qrup gənc istedadın birinci tur üzrə muğam ifaları təqdim olunur.

Müsabiqənin ilk turuna bu gün yekun vurulacaq və ikinci tura keçəcək ifaçıların adları açıqlanacaq.

Ümumilikdə isə, müsabiqəyə Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Çindən və digər ölkələrdən ümumilikdə 31 gənc muğam ifaçısı qatılıb.

Müsabiqədə Özbəkistanın sədrlik etdiyi münsiflər heyətində Azərbaycan, Türkiyə və Almaniya təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti