...

Azərbaycan Kahramanmaraşın bərpasında mühüm rol oynayıb - Mustafa Levent Sunqur

Cəmiyyət Materials 19 İyun 2025 16:28 (UTC +04:00)
Azərbaycan Kahramanmaraşın bərpasında mühüm rol oynayıb - Mustafa Levent Sunqur
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Kahramanmaraş. Trend:

Türkiyənin Mənzil İnşaatı üzrə Baş İdarəsinin (TOKİ) rəhbəri Mustafa Levent Sunqur zəlzələdən zərər çəkmiş bölgələrin bərpasına verdiyi töhfəyə görə Azərbaycana xüsusi təşəkkürünü bildirib, xüsusilə Bakı şəhərinin Kahramanmaraşda mənzil fondunun tikintisindəki rolunu vurğulayıb.

Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.

“Layihənin həyata keçirilməsinə verdikləri mühüm töhfəyə görə xüsusi minnətdarlığımı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Dövlət Mənzil İnşaatı Agentliyinin (MİDA) sədri Sadıq Sadıqova və onun bütün komandasına bildirmək istəyirəm”, - deyə Sunqur növbəti yaşayış obyektlərinin təqdimetmə mərasimində qeyd edib.

O bildirib ki, “Azərbaycan məhəlləsi” adlanan ərazidə ümumilikdə 1183 yaşayış binası, 1267 mağaza və ofis – cəmi 1595 daşınmaz əmlak obyekti tikilib. “Bu evlər qardaşlıq, həmrəylik, əzmkarlıq və inamın rəmzinə çevrildi. Bütün binalar Kahramanmaraşın şəhərsalma mədəniyyətinə uyğun şəkildə layihələndirilib və müasir, zəlzələyədavamlı texnologiyalarla inşa olunub”, – TOKİ rəhbəri vurğulayıb.

Sunqur qeyd edib ki, Türkiyə tarixindəki ən böyük mənzil proqramı çərçivəsində artıq 43 986 ev tikilib və məhz Kahramanmaraşda 250 mininci evin açarı təqdim olunub: “Bu gün 250 mininci evi təhvil veririk”, – deyə o bildirib.

Layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirən Sunqur ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, eləcə də ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kuruma, mütəxəssislərə və fəhlələrə minnətdarlığını ifadə edib.

Sonda Sunqur yeni evlərin bölgə sakinlərinə rahatlıq və təhlükəsizlik gətirməsini arzulayıb: “Qoy bu evlər qəhrəman həmvətənlərimiz üçün xeyirli olsun və xalqlarımızın dözümlülüyü və qardaşlığının əbədi simvoluna çevrilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti