...

Azərbaycan və Gürcüstan iqtisadiyyatlarına qarşılıqlı yatırımları artırıblar

İqtisadiyyat Materials 19 İyun 2025 17:39 (UTC +04:00)
Azərbaycan və Gürcüstan iqtisadiyyatlarına qarşılıqlı yatırımları artırıblar
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Gürcüstanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 10,167 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 984 min ABŞ dolları və ya 10,7% artıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstandan yatırılan investisiyaların payı 0,7% təşkil edib.

Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə Gürcüstan iqtisadiyyatına 30,424 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 24,356 milyon ABŞ dolları və ya 5 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstana həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 9,7% təşkil edib. Bununla da hesabat dövrü ərzində Azərbaycanın ən çox investisiya yatırım etdiyi ölkələrin sırasında Gürcüstan iqtisadiyyatı 2-ci yerdə mövqe tutub.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 9,183 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 6,068 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti