Bakı. Trend:
Bu ilin birinci rübündə İran İslam Respublikasının Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 90,124 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 4,715 milyon ABŞ dolları və ya 5% azalıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İrandan yatırılan investisiyaların payı 5,9% təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin ilk rübündə İrandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 94,839 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.