Bakı. Trend:
Azərbaycan və Dünya Bankı 2025-2029-cu illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin əsas istiqamətlərini müzakirə ediblər.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Dünya Bankının (World Bank) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qeyd edilib ki, görüş zamanı 2025-2029-cu illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin əsas istiqamətləri, davam edən layihələrin cari statusu və perspektivdə olan təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.