...

İran İsrailə yeni raket hücumunu həyata keçirib

Dünya xəbərləri Materials 19 İyun 2025 18:27 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Ordusu (SAXAL) İran ərazisindən yeni raket buraxılışını qeydə alıb.

Trend xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.

Ölkənin bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Hərbçilər hava hədəflərini vurmağa başlayıblar.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Xəbər lenti

Xəbər lenti