Laçın. Trend:
İşğaldan azad olunan ərazilərdə bir sıra yeni su anbarlarının tikintisi planlaşdırılır.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev bildirib.
O bildirib ki, bu məqsədlə Həkəriçay və Bərgüşadçay su anbarlarının texniki-iqtisadi əsaslandırması və layihə-smeta sənədləri hazırlanıb.