...

İranda iki yerli banka qarşı kiberhücumlar olub

Dünya xəbərləri Materials 19 İyun 2025 19:04 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail İranın iki bankının informasiya sistemlərinə qarşı kiberhücumlar təşkil edib.

Trend xəbər verir ki, bu barədə İran kiberkomandanlığı məlumat yayıb.

Bildirilir ki, mütəxəssislər banklardan birinin sistemində yaranan nasazlığı sürətlə aradan qaldırmağa müvəffəq olublar və hazırda ikinci bankın sisteminin bərpası üzərində işlər davam etdirilir.

Kiberhücumlara məruz qalan bankların "Bank Sepah" və "Bank Pasargad" olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti