...

Qubadlının bir sıra kəndlərində magistral su xətti çəkilib - İlham Quliyev

Cəmiyyət Materials 19 İyun 2025 14:10 (UTC +04:00)
Qubadlının bir sıra kəndlərində magistral su xətti çəkilib - İlham Quliyev
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Qubadlı rayonunun Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 3.32 km magistral su xətti, 9.5 km kanalizasiya kollektor xətti çəkilib.

Trend xəbər verir ki, bunu Zabuxçay su anbarına təşkil edilən mediatur zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev deyib.

İ.Quliyev bildirib ki, 1 ədəd 2x1000 m³ su anbarının tikintisi 65%, 1 ədəd 2x750 m3 su anbarının tikintisi 65%, 1 eded 2x100 m³ su anbarının tikintisi 61%, 1 ədəd su nasos stansiyasının tikintisi 10% və 5 ədəd subartezian quyularının tikinti-quraşdırma işləri 50% icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti