...

Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 49 056 iş və yaşayış yeri inşa olunub – Ərdoğan

Siyasət Materials 19 İyun 2025 11:18 (UTC +04:00)
Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 49 056 iş və yaşayış yeri inşa olunub – Ərdoğan
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi”ndə 49 056 iş və yaşayış yeri inşa olunub.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

O qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil verilən mənzillərin sayı 250 minə çatıb.

Türkiyə Prezidenti zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və infrastruktur barədə də məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti