...

İran uçuş qadağasının müddətini bu tarixə kimi uzatdı

Dünya xəbərləri Materials 19 İyun 2025 15:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın hava məkanında tətbiq olunan uçuş qadağasının müddəti 20 iyun, saat 02:30-a qədər uzadılıb.

Trend xəbər verir ki, bu barədə IRNA agentliyi İranın Mülki Aviasiya Təşkilatına istinadən məlumat yayıb.

Bundan əvvəl uçuş qadağasının müddəti 19 iyun, saat 14:30-a qədər uzadılmışdı.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti