...

bp-yə yeni regional prezident təyin olundu

İqtisadiyyat Materials 19 İyun 2025 11:33 (UTC +04:00)
bp-yə yeni regional prezident təyin olundu
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

bp elan edir ki, Ciovanni Kristofoli (Giovanni Cristofoli) bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə yeni regional prezidenti təyin olunub.

Trend xəbər verir ki, Cio bu vəzifənin icrasına 1 oktyabr 2025-ci il tarixindən başlayacaq və bp-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.

Hazırda isə Cio bp-nin texniki həllər bölümünün baş vitse-prezidentidir və şirkətin apstrim, emal, az karbonlu enerji və iştirakçısı olduğu birgə müəssisə bizneslərinə xidmət və çözümlər təqdim edən qlobal təşkilatına rəhbərlik edir. Onun rəhbərliyi altında bp texniki xidmət, qurğuların və avadanlıqların bütövlüyü və davamlılığı, sualtı işlərlə bağlı xidmətlər və bir çox digər sahələrdə işlərin yerinə yetirilməsi tərzini transformasiya edib.

Cio bu vəzifədə bp-nin regiondakı biznesinə 2017-ci ilin aprel ayından uğurla rəhbərlik edən Qəri Counzu əvəz edəcək. Qərinin bundan sonrakı vəzifəsi ilə bağlı məlumat sonra veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti