...

Kahramanmaraşdakı yeni məhəllə Azərbaycan və Türkiyə qardaşlığının rəmzidir - Fırat Görgel

Siyasət Materials 19 İyun 2025 16:21 (UTC +04:00)
Kahramanmaraşdakı yeni məhəllə Azərbaycan və Türkiyə qardaşlığının rəmzidir - Fırat Görgel
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Kahramanmaraş. Trend:

Türkiyənin Kahramanmaraş şəhərində tarixi an yaşanıb: şəhərə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin səfəri baş tutub.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Kahramanmaraşın bələdiyyə başçısı Fırat Görgel şəhərdə “Azərbaycan məhəlləsi”nin açılış mərasimində çıxışı zamanı bildirib.

“Şəhərimizə xoş gəlmisiniz, bu gün tarixi əhəmiyyət daşıyır. Prezident Rəcəb Tayyib Ərdoğanı və Azərbaycan Prezidenti İlham Əliyevi burada salamlamaqdan böyük məmnunluq duyuruq”, – deyə o qeyd edib.

Fırat Görgel xatırladıb ki, 6 fevral 2023-cü il tarixində baş verən dağıdıcı zəlzələdən iki il ötür – bu hadisə şəhər tarixində ən faciəvi məqamlardan biri olub:

“Biz Kahramanmaraşın bir Simurq quşu kimi külündən necə təkrar doğulduğunun şahidi olduq. Qardaşlığın gücünü, dövlətin vətəndaşını necə qoruduğunu gördük. Bu faciədən sonra keçən hər gün və hər saat bizim üçün bir sınaq idi. Ağrılara baxmayaraq, ümidi qoruyub saxladıq və yenidən həyata tutunmağı birlikdə öyrəndik”.

“Azərbaycan məhəlləsi”nə – qardaş ölkənin dəstəyi ilə inşa olunan yaşayış kompleksinə xüsusi diqqət ayrılıb.

“Bu ərazi xalq arasında "Azərbaycan məhəlləsi" kimi tanınır. Bu, böyük zəhmətin nəticəsidir, təskinliyin, bərpanın və ən əsası, güclü dövlət iradəsinin rəmzidir”, – deyə bələdiyyə başçısı bildirib.

Nitqinin sonunda o, zəlzələdə həlak olanların ailələrinə başsağlığı verib:

“Qəlbimizin dərinliklərindən zəlzələdə həyatını itirən bütün qardaş və bacılarımıza bir daha başsağlığı veririk. Onları daim xatırlayacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti