...

Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri süni intellektin tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar (FOTO)

Siyasət Materials 19 İyun 2025 17:47 (UTC +04:00)
Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri süni intellektin tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistan respublikaları arasında hərbi əməkdaşlıq planına müvafiq olaraq Bakıda hər iki ölkənin rabitə və informasiya texnologiyaları üzrə hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndələr rabitə sistemləri, informasiya və kommunikasiya texnologiyaları, server infrastrukturunun qurulması, süni intellektin tətbiqi mövzularında ətraflı fikir mübadiləsi aparıblar.

İşçi görüşü zamanı birgə əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti