...

“Real"ın futbolçusu Kilian Mbappe xəstəxanaya yerləşdirilib

İdman Materials 19 İyun 2025 19:44 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

"Real"ın futbolçusu Kilian Mbappe ABŞ-də xəstəxanaya yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Fransalı hücumçu kəskin qastroenteritdən əziyyət çəkir. Mbappe bir sıra tibbi analizlərdən keçəcək və müvafiq müalicə alacaq.

26 yaşlı forvard səhhəti ilə əlaqədar dünən klublararası dünya çempionatının "Əl-Hilal"la matçında (1:1) iştirak etməyib.

Xəbər lenti

Xəbər lenti