Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı diplomatik əlaqələrin qurulması üçün imkanların olduğunu düşünür.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə məlumat verib.
“İranla danışıqların yaxın zamanlarda baş tutub-tutmayacağına dair ciddi ehtimallar var. Bu səbəbdən də Prezident qarşıdakı iki həftə ərzində hərəkətə keçib-keçməməyə dair qərar verəcək”, – deyə o, Trampın açıqlamasını səsləndirib.
Livit həmçinin qeyd edib ki, ABŞ-ın İrana hərbi zərbə endirmə ehtimalı da nəzərdən keçirilir və Tramp bununla bağlı qərarını iki həftə ərzində verəcək.