...

Xocalıya köçürülən sakinlər arasında məşğulluq tədbirlərinə cəlb olunanların sayı məlum olub

Cəmiyyət Materials 19 İyun 2025 12:54 (UTC +04:00)
Xocalıya köçürülən sakinlər arasında məşğulluq tədbirlərinə cəlb olunanların sayı məlum olub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı şəhəri və Xocalının Ballıca kəndinə köçürülmüş sakinlərdən artıq 351 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilir ki, onlardan 333 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 71 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 18 sakin isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti