...

BAEA İranda tikinti mərhələsində olan nüvə reaktorunda hər hansı zədələnmə qeydə almayıb

Dünya xəbərləri Materials 19 İyun 2025 14:04 (UTC +04:00)
BAEA İranda tikinti mərhələsində olan nüvə reaktorunda hər hansı zədələnmə qeydə almayıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrailin hücumu nəticəsində İranda yerləşən Xondab (əvvəlki adı - Arak) şəhərindəki ağırsu tədqiqat reaktorunun zədələnə biləcəyi ilə bağlı məlumat aldığını bildirib.

Trend agentliyə istinadən xəbər verir ki, hazırda həmin reaktor tikinti mərhələsindədir, istismara verilməyib və nüvə materialları ilə təchiz olunmayıb , buna görə də radiasiya təsiri qeydə alınmayıb.

“Hazırda BAEA -nin Xondabda yerləşən ağırsu reaktorunun zədələndiyini təsdiqləyən məlumatı yoxdur”, – agentlik əlavə edib.

Xatırladaq ki, iyunun 18-də BAEA İranda yerləşən iki sentrifuqa istehsalı obyekti – Kərəcdəki TESA emalatxanası və Tehran Tədqiqat Mərkəzi hücuma məruz qaldığı barədə xəbər vermişdi. “Hər iki obyekt əvvəllər Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPoA) çərçivəsində BAEA-nın monitorinqi və nəzarət altında idi. Tehranda müasir sentrifuqaların rotorlarının istehsal və sınaqdan keçirildiyi bina dağıdılıb. Kərəcdə isə sentrifuqaların müxtəlif komponentlərinin istehsal olunduğu iki bina məhv edilib”, – deyə agentliyin məlumatında qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti