Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycanın əmtəə ixracı 0.5% artaraq 6.2 milyard dollar təşkil edib. Dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 5.5 milyard dollar olub.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ixrac olunmuş neft-qaz
məhsullarının (5.5 milyard dollar) 3.5 milyard dolları xam neftin,
1.9 milyard dolları təbii qazın, 0.1 milyard dolları isə neft emalı
məhsullarının payına düşür. 2025-ci ilin I rübü üzrə
qeyri-neft-qazixracı 11.8% artaraq 0.7 milyard dollar olub.
2025-ci ilin I rübü üzrə əmtəə idxalı 7.2% artaraq 3.8 milyard
dollar təşkil edib: o cümlədən istehlak mallarının idxalının ümumi
dəyəri isə 1.6 milyard dollar olub, bunun da 0.6 milyard dolları
ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal
8.2% artaraq 3.3 milyard dollar olub.
Qeyri-neft-qaz idxalının strukturunda: kərə yağının (43.0%); tərəvəz məhsullarının (29.9%); dənli bitkilərin (19.8%); traktorların (15.9%); minik avtomobillərinin (13.2%); ətir və kosmetik vasitələrin (8.7%); alkoqollu və alkoqolsuz içkilərin (5.6%); kağız məmulatlarının (5.1%), tütün və tütün məhsullarının (0.9%) idxalı artıb.
Bu dövrdə, hesablama maşınlarının (38.4%); yük avtomobillərinin (24.0%); bitki yağlarının (23.2%); kommutasiya qurğularının (20.0%); sabun və yuyucu vasitələrin (13.7%); kran, klapan, boru kəməri armaturlarının (12.3%); şəkərin (6.9%); əczaçılıq məhsullarının (4.2%); metalların (2.4%); daş və şüşə məmulatlarının (0.5%) və mebel məhsullarının (0.1%) idxalı isə azalıb.
2025-ci ilin I rübü üzrə əmtəə idxalı 7.2% artaraq 3.8 milyard dollar təşkil edib: o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.6 milyard dollar olub, bunun da 0.6 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 8.2% artaraq 3.3 milyard dollar olub.
Qeyri-neft-qaz idxalının strukturunda: kərə yağının (43.0%);
tərəvəz məhsullarının (29.9%); dənli bitkilərin (19.8%);
traktorların (15.9%); minik avtomobillərinin (13.2%); ətir və
kosmetik vasitələrin (8.7%); alkoqollu və alkoqolsuz içkilərin
(5.6%); kağız məmulatlarının (5.1%), tütün və tütün məhsullarının
(0.9%) idxalı artıb.
Bu dövrdə hesablama maşınlarının (38.4%); yük avtomobillərinin
(24.0%); bitki yağlarının (23.2%); kommutasiya qurğularının
(20.0%); sabun və yuyucu vasitələrin (13.7%); kran, klapan, boru
kəməri armaturlarının (12.3%); şəkərin (6.9%); əczaçılıq
məhsullarının (4.2%); metalların (2.4%); daş və şüşə məmulatlarının
(0.5%) və mebel məhsullarının (0.1%) idxalı isə azalıb.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.2% təşkil edərək 0.1 milyard dollar olub.