...

Azərbaycan məhəlləsi iki xalqın qardaşlı və birlik rəmzidir - Əli Yerlikaya

Cəmiyyət Materials 19 İyun 2025 16:20 (UTC +04:00)
Azərbaycan məhəlləsi iki xalqın qardaşlı və birlik rəmzidir - Əli Yerlikaya
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Kahramanmaraş. Trend:

Azərbaycan məhəlləsi iki xalqın qardaşlıq və birlik rəmzidir.

Trend-in xüsusi müxbiri verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışında etdiyi çıxışda bildirib.

O, Kahramanmaraşda yerləşən “Azərbaycan məhəlləsi”nin tarixi əhəmiyyətini qeyd edib və Türkiyə ilə Azərbaycan arasında sıx münasibətlərin vacibliyini vurğulayıb.

Əli Yerlikaya xatırladıb ki, hələ 1990-cı ilin 7 fevralında Kahramanmaraş Bələdiyyə şurası bu əraziyə “Azərbaycan məhəlləsi” adını verməklə Azərbaycandakı qardaşlarına salam və həmrəylik nümayiş etdirmişdi.

“Bu məhəllədə bu gün tikilən hər bir bina bizim qardaşlarımıza ünvanlanan salam və hörmətin göstəricisidir. Bu, iki dövlətin bir millət olmasının dostluq möhürüdür. Kahramanmaraş bizim üçün qəhrəmandır, azərbaycanlı qardaşlarımız üçün də belədir”, – deyə nazir bildirib.

Əli Yerlikaya Türkiyə və Azərbaycan xalqlarının həm sevincdə, həm kədərdə birlikdə olduqlarını vurğulayıb və zəlzələdən zərər çəkmiş ərazilərin bərpasında ölkə rəhbərliyinin xidmətlərini xüsusi qeyd edib.

“Türkiyənin görüşünün memarı və dünyanın ən böyük bərpa əməliyyatının lideri Prezident Rəcəb Tayyib Ərdoğana, eləcə də, Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına göstərdikləri daimi dəstəyə və qardaşlığa görə təşəkkür edirik”, – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti