...

Bəqai Beynəlxalq Atom Enerji Agentliyini İsrailin hücumları üçün bəhanə yaratmaqda ittiham edib

Dünya xəbərləri Materials 19 İyun 2025 14:55 (UTC +04:00)
Bəqai Beynəlxalq Atom Enerji Agentliyini İsrailin hücumları üçün bəhanə yaratmaqda ittiham edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı qəsdən dəqiq olmayan məlumat yayıb ki, İsrail bundan İrana hücum üçün bəhanə kimi istifadə etsin.

Trend xəbər verir ki, belə bir iddianı İranın XİN nümayəndəsi İsmayıl Bəqai öz sosial şəbəkə hesabında irəli sürüb.

“Siz tamamilə qərəzli hesabatınızda həqiqəti gizlətmisiniz. Britaniya, Almaniya, Fransa və ABŞ bu hesabatdan istifadə edərək, İranın öhdəliklərini yerinə yetirmədiyini iddia edən əsassız ittihamlarla qətnamə hazırlayıblar. Nəticə etibarı ilə, bu qətnamədən İrana qarşı təcavüzkar müharibəyə başlamaq və nüvə obyektlərimizə hücum etmək üçün əsas bəhanə kimi istifadə olundu”, - o bildirib.

BAEA-nın baş direktoru Rafael Qrossiyə səslənən Bəqai, təşkilatı xəbərdar edib:

“Yalan və çaşdırıcı narrativlər ağır nəticələrə gətirib çıxarır və məsuliyyət doğurur. Siz BAEA-nı bu ədalətsiz müharibənin tərəfdaşına çevirdiniz”, – deyə Bəqai fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti