...

İranın atdığı ballistik raket Beer-Şeva şəhər xəstəxanasına tuş gəlib: yaralılar var

Dünya xəbərləri Materials 19 İyun 2025 10:18 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın İsrailin Beer-Şeva şəhərinə atdığı ballistik raket Soroka xəstəxanasına tuş gəlib.

Trend “Times of İsrael”ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Uriol Buso deyib.

Məlumata görə, hadisə nəticəsində 3-ü ağır olmaqla, onlarla insanın yaralanıb. Səhiyyə naziri bu hücumu müharibə cinayəti kimi qiymətləndirib və İranı qəsdən mülki əhalini və tibbi personalı hədəfə almaqda ittiham edib.

Bundan əvvəl İran tərəfi Beer-Şevaya atılmış raketin Hav-Yam kəşfiyyat mərkəzinə hədəfləndiyini, lakin partlayış dalğasının xəstəxanaya da təsir etdiyini, kiçik dağıntılara səbəb olduğunu təsdiqləmişdi.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti