...

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar artıb

İqtisadiyyat Materials 19 İyun 2025 09:42 (UTC +04:00)
Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyatı vasitələri 1,060 milyard ABŞ dolları dəyərində 1,124 milyon ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 199,030 milyon ABŞ dolları və ya 23,1%, həcm ifadəsində isə 1 836 ton və ya 0,16% çoxdur.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 28,421 milyon ABŞ dolları dəyərində 53,9 min ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 18,431 milyon ABŞ dolları və ya 39,3% azalma, həcm ifadəsində isə 24,376 min ton və ya 1,8 dəfə artım deməkdir.

Eyni zamanda dövr ərzində dəniz nəqliyyatı vasitəsilə Azərbaycana 1,032 milyard ABŞ dolları dəyərində 1,070 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin ilk 5 ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 217,461 milyon ABŞ dolları və ya 26,7% artıb, həcm baxımıdan isə 22,540 min ton və ya 2% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti