...

Ukrayna-NATO Şurasının iclası iyunun 24-də Haaqada keçiriləcək

Dünya xəbərləri Materials 19 İyun 2025 08:10 (UTC +04:00)
Ukrayna-NATO Şurasının iclası iyunun 24-də Haaqada keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 24-25-də Haaqada NATO sammiti çərçivəsində Ukrayna-NATO Şurasının xarici işlər nazirləri səviyyəsində iclası keçiriləcək.

Trend xəbər verir ki, bu barədə NATO-nun rəsmi saytında dərc olunan sammit proqramında məlumat verilib.

İclas iyunun 24-də axşam saatlarında Alyansın baş katibi Mark Ruttenin sədrliyi ilə işçi nahar formatında baş tutacaq.

Bununla yanaşı, sammit çərçivəsində Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində iclası və nahar formatında görüş də keçiriləcək. Bu görüşə Niderlandın müdafiə naziri Ruben Brekelmans sədrlik edəcək.

Sammit günlərində NATO ölkələrinin liderləri həyat yoldaşları ilə birlikdə kral Villem-Aleksander və kraliça Maksimanın ev sahibliyi etdiyi rəsmi qəbulda iştirak edəcəklər. Tədbir Heys-ten-Bos kral iqamətgahında təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti