Bakı.Trend:
Dünən təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması
prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin
qəbuluna bu gün saat 12:00-dan etibarən start veriləcək.
Trend xəbər
verir ki, proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya
şikayəti olan müəllimlər portal.edu.az platformasının
“Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini
ünvanlaya bilərlər.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb
Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzində təşkil edilib.
Test imtahanında 2019 nəfər müəllim iştirak edib, 95% davamiyyət qeydə alınıb.