Bakı. Trend:
Keçən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 7 faiz artıb. Bu, yaxşı göstəricidir.
Trend xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin iyunun 18-də Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən söyləyib.
Rusiya dövlətinin başçısı deyib: “Bizim Şimal-Cənub və bir neçə digər mühüm istiqamət - logistika, istehsal sahəsi, gəmiqayırma üzrə yaxşı layihələrimiz var. Biz Bakı gəmiqayırma zavoduna sifarişlərimizi artırmağa hazırıq. Orada yaxşı perspektivləri olan çoxlu layihələr var. Ümidvaram ki, biz bunların hamısını həyata keçirəcəyik”.