...

"Avropa üçlüyü" iranlı həmkarları ilə nüvə proqramı üzrə danışıqlar aparacaq

Dünya xəbərləri Materials 19 İyun 2025 04:05 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri – Yohann Vadeful, Jan-Noel Barro və Devid Lemmi iyunun 20-də Cenevrədə iranlı həmkarları Abbas Əraqçi ilə İranın nüvə proqramı ətrafında vəziyyətlə bağlı danışıqlar aparacaqlar.

Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi Almaniya mənbəsinə istinadən məlumat yayıb.

Məlumata əsasən, danışıqlardan öncə "Avropa üçlüyü"nün nümayəndələri Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasla da görüşəcəklər. Bildirilir ki, danışıqlar planı ABŞ ilə razılaşdırılıb və görüş Almaniyanın Cenevrədəki konsulluğunda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti