Bakı. Trend:
İyunun 1-də keçirilən qəbul imtahanının nəticələri açıqlanıb
Trend xəbər verir ki, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) iki abituriyent – Neftçala rayonu Bankə qəsəbə 2 saylı orta məktəbin məzunu Əliyev Mirağa İxtiyar oğlu və Gəncə şəhəri 13 saylı orta məktəbin məzunu İsmayılov Alı Vəfadar oğlu göstərib. İsmayılov Alı Vəfadar hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək bal olan 697.5 bal toplayıb. O, imtahanın birinci mərhələsində 297.5 bal əldə edib.
IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni (400 bal) beş nəfər – Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Əliyeva Fidan Ayaz qızı, Mingəçevir şəhər 11 saylı orta məktəbin məzunu Hüseynli Arif Pərviz oğlu, Xaçmaz rayon 8 saylı şəhər orta məktəbin məzunu Əliyeva Ləman Vasif qızı, Bakı şəhər 129 saylı orta məktəbin məzunu Babayev Anar Qurban oğlu və Bakı şəhər 220 saylı məktəb-liseyin məzunu Xəlilova Aylin Rauf qızı göstərib. Xəlilova Aylin Rauf hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə – 697.5 bal toplayıb və imtahanın birinci mərhələsində 297.5 bal əldə edib.
Qeyd edək ki, qəbul imtahanının I mərhələsində maksimum 300, II mərhələsində isə maksimum 400 bal toplamaq mümkündür. Müsabiqənin yekun nəticəsi hər iki mərhələdə toplanan balların cəminə əsasən müəyyən edilir.